Altun: HDP PKK-nın siyasi kuklasıdır!

HDP PKK deməkdir. HDP PKK-dan aldığı əmrlə hərəkət edən siyasi kukladır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun paylaşımında yazıb.

“Burada gur səslə hayqırırıq: HDP elə PKK deməkdir. HDP PKK-dan aldığı təlimatlarla hərəkət edən siyasi kukladır. Bu həqiqətin bu gün bir daha şahidi olduq. HDP ilə olan ittifaqlarına xələl gəlməsin deyə PKK-nın adını çəkməyənləri (CHP nəzərdə tutulur – red.) də gördük”, – deyə bildirilib.

Qeyd edək ki, İraqın Qara bölgəsində 13 türk vətəndaşı PKK tərəfindən vəhşicəsində qətlə yetirilib. CHP-nin bununla bağlı verdiyi başsağlığı mesajında PKK-nın adını hallandırmaması diqqətdən yayınmayıb. HDP-yə gəldikdə isə bu siyasi təşkilatın terrorizmi açıq-aşkar dəstəklədiyi artıq heç kəsə sirr deyil.

Avatar

Səbinə Kərimova

Read Previous

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi idarə heyətinin iclası keçirildi

Read Next

Livanda siyasi motivli qətllərə son qoyulmalıdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir