
Livanda siyasi motivli qətllərə son qoyulmalıdır.
Sosialxəbər.az xəbər verir ki, bu sözləri ölkənin baş naziri, “Mustakbal” hərəkatının lideri Səid Hariri deyib.
O, şiə publisisti Lyukman Səlimin öldürülməsini pisləyib:
“Əgər Livanda müstəqil məhkəmə sistemi yaranarsa, bütün siyasi cinayətlər ortaya çıxacaq, günahkarlar isə tapılıb cəzalandırılacaq”.
Qeyd edək ki, “Hizbullah”ın opponenti olan Səlim fevralın 4-də öz avtomobilində güllələnib.