Vaksinin virusun yeni ştammlarına təsiri… – TƏBİB

COVİD-19 əleyhinə hazırda tətbiq olunan vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir.

Sosialxəbər.az  xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstəliyi keçirib sağalan şəxslərdə qazanılan immunitet virusun yeni ştammına qarşı da effektivdir.

N.Mustafayeva qeyd edib ki, viruslarda mutasiyalar daimi olaraq baş verir. Sadəcə, onların bəziləri əhəmiyyətsiz olur:

“Son 1 ildə COVİD-19 virusunda yüzlərlə mutasiya baş verib. Son 3 mutasiya isə daha çox əhəmiyyət kəsb etdi. Çünki virusa daha sürətli yoluxduruculuq qabiliyyəti qazandırdı”.

Avatar

Səbinə Kərimova

Read Previous

Türkiyə bunu reallaşdırsa, AB olmayacaq

Read Next

Qarabağ uğrunda könüllü döyüşən və bu günə kimi itkin hesab olunan qəhrəmanımız- Əliyev Münasib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir