Bakı bütün dünyaya sübut etdi ki… – Qobldan mesaj

Azərbaycan sübut etdi ki, illərdir dondurulmuş münaqişələrin başqa yolla həlli üsulu mövcuddur.

Sosialxəbər.az  xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl ABŞ Ordusu Mədəniyyət və Bölgə Tədqiqatları Bürosu (CASO) Komandanlığı və Baş Qərargah Kollecinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın keçmiş Sovet ölkələrindəki strategiyasına təsir etdi:

“Gələcəkdə digər keçmiş SSRİ ölkələri, o cümlədən, Moldova və Ukrayna da Azərbaycandakı nümunədən faydalanaraq eyni üsulu əl ata bilər”.

Qeyd edək ki, sabiq səfir Richard Kozlariç, keçmiş səfir və ATƏT MQ-nin ABŞ-dan olan sabiq həmsədri Keri Kavano, Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xüsusi müşaviri Pol Qobl və Xarici Hərbi Araşdırmalar Ofisində Avrasiya təhlükəsizlik analitiki Metyu Steynin iştirak etdiyi olduqca maraqlı müzakirə bir müddət öncə baş tutub.

Avatar

Səbinə Kərimova

Read Previous

Problemli kredit: Banklar zamin duran şəxsi soyur

Read Next

Xanım Qədirova: 44 günlük Vətən müharibəsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir