Qaradağlı kəndini işğal etməsinin 29-cu ili -Mehriban Abdullayeva

 

Sosialxəbər.az bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 29-cu ili tamam olur.

Erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin üzvü, l Qarabağ Qazisi, 45 gün əsirlik həyatı yaşayan “Mixaylo” ləqəbli Rafiq Quliyevində atası və bir neçə yaxın qohumuda soyqrımına məruz qalanlardandır.

Rafiq bəy başda olmaqla bütün Qaradağlılara, ümumilikdə Azərbaycan xalqına baş sağlığı verir, Şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Avatar

Səbinə Kərimova

Read Previous

Xanım Qədirova: 44 günlük Vətən müharibəsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi

Read Next

Türkiyə ABŞ tərəfindən PKK/PYD-yə yardım üçün göndərilən TIR-ları vura bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir