
İndoneziya ordusu müasir müharibə kontekstində PUA-ların inkişafına diqqət etməlidir.
Sosialxəbər.az xəbər verir ki, bu sözləri İndoneziya Baş Qərargah rəisi Hadi Tjahjanto deyib.
O, Türkiyə istehsalı PUA-ların Qarabağ müharibəsinin taleyini həll etdiyini söyləyib. Qərargah rəisi bu kimi PUA-ların daha ucuz başa gəldiyini və istifadəsinin də asan olduğunu bildirib:
“Natuna, Poso və Papua kimi bölgələrimizdə əməliyyatlar üçün orta hündürlükdə və uzun müddət havada qala bilən PUA-lara ehtiyac vardır”.