Ərazilərin bərpası: xaricdəki soydaşlarımız nə edir?

şğaldan azad edilən torpaqlarımızın yenidən qurulmasında bir çox ölkəni təmsil edən investor şirkətlərin iştirakı artıq rəsmiləşmək üzrədir. Maraqlıdır, görəsən xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı milyonçular, iş adamları ərazilərimizin bərpasında rol almaq istəyirmi? Onlar bu prosesə necə qatılmaq niyyətindədirlər: investisiya qoymaq, ianə, yoxsa maddi dəstəklə?

Sosialxəbər.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması prosesində yaxından iştirak etmək üçün çoxsaylı müraciətlər edirlər.

“Təbii ki, böyük maraq hiss edirik, xaricdəki azərbaycanlılar bu prosesdə yaxından iştirak etməyə can atır. Azərbaycan diasporunun ianələri və ümumiyyətlə, Qarabağın dirçəlişinə diasporun maddi dəstəyi ilə bağlı rəsmi rəqəmləri YAŞAT və Qarabağ Dirçəliş fondlarından almaq olar. Bu məsələdə rəsmi rəqəmləri açıqlamaq həmin qurumların səlahiyyətindədir.

Bütövlükdə isə prosesə xaricdə yaşayan azərbaycanlıların marağı çox böyükdür”, – o bildirib.

Avatar

Səbinə Kərimova

Read Previous

Türk ordusunun hədəfi: İranla anlaşma lazımdır – General

Read Next

Dolların bu günə olan məzənnəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir