
Yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı. Ancaq 20 yaşını doğmaları ilə qeyd edə bilmədi. O, Vətən müharibəsinin şəhidi və Sabirabad rayonu Şəhriyar kəndinin qəhrəmam oğludur.
Siyasət Kamil oğlu Nadirov 2001-ci ildə Sabirabad rayonunun Şəhriyar kəndində anadan olub,2019da həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsi başlayan gündən torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edib.Ağdərə istiqamətində gedən döyüşlərdə son nəfəsinə qədər döyüşərək şəhid olub. Atəşkəs imzalandıqdan sonra nəşi neytiral zonada tapılıb və ailəsinə təhvil verilib.Ölümündən sonra “Vətən Uğrunda”medalı ilə təltif olunub.Bu gün şəhid qəhrəmanımızın doğum günüdür,20 yaşı tamam olur. Qəhrəman şəhidimiz qəlbimizdə daima yaşayacaq.Biz səninlə fəxr edirik vətən oğlu.
Allah rəhmət eləsin!