QHT rəhbəri: SXA səmərəli fəaliyyəti ilə diqqət çəkib – Fotolar

Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığın təmin edilməsi yeni yanaşmaların tətbiqinə, zamanın tələblərinə cavab verən islahatların həyata keçirilməsinə ehtiyac yaradır. Bunu dəyərləndirən ölkə Prezidenti 2019-cu ilin əvvəllərində yeni islahatlara start verdi. İdarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları daha sonra sosial sferaya cavabdeh dövlət təşkilatlarını əhatə etdi. Bir çox yeni qurumlar yaradıldı. Bunlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyidir. Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Sosialxəbər.az bildirir ki, Bir çox sosial layihələrin təşəbbüskarı və iştirakçısı, aydın və prinsipial vətəndaş mövqeyi ilə tanınan “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri, ƏƏSMN yanında İctimai Şuranınüzvü Məmmədhəsən Həsənov SXA-nın fəaliyyətini bu 6 ayda və cari ildə necə dəyərləndiyi ilə bağlı Xeberlent.az-a danışdı:

 

 

2018-ci ildə  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan bəri Sahil Babayev ona həvalə edilmiş nazirlikdə yeni strukturlar və çevik operativ qurumlar yaratmışdır. “Sosial Xidmətlər Agentliyi” də onlardan biridir. Məqsəd, əlbəttə ki, insanlara daha effektiv xidmət göstərməkdir. Bundan qabaq bir çox çətinliklər yaranır və vətəndaşlar ən adi problemə görə birbaşa nazirliyə gəlir, idarə və şöbələrin qapılarını döyürdülər, heç bir problem vaxtında həll olunmur, həlli gecikir, vaxt itirilirdi. Sağlamlıq məhduduyyəti olan vətəndaşların nazirliyə gəlməsi üçün mütləq kimsə ona yardım etməli, müvafiq şöbəyə kiminsə yardımı ilə qalxmalı idi. Cənab Prezidentin göstərişi ilə 2019-cu ildən aparılan islahatlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işində böyük dönüş yaratdı. Belə ki, islahatların gedişində nazirlikdə müxtəlif təyinat və statuslu qurumlar, qaynar xətlər yaradıldı, sosial xidmətlər yeniləndi, bu da müraciətlərə baxılmasında və yaranmış problemlərin həll olunmasında öz səmərəliliyini göstərdi.

Bir vətəndaş, QHT rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində İctimai Şuranın üzvü, bəlli sosial təbəqə ilə işləyən bir şəxs kimi daha yaxından apardığım müşahidələr, digər qurumlarla müqayisələr nəticəsində deyə bilərəm ki, “Sosial Xidmət Agentliyi”nin bu altı aylıq fəaliyyətini qənaətbəxş hesab etmək olar. Gələcək fəaliyyətinin daha uğurlu və effektiv olması üçün yeni fikirlər, yeni ideyalar irəli sürülməli, yeni iş qrafikləri həyata keçirilməlidir. Məsələn, mən vətəndaş cəmiyyətinin nümayəndəsi, bir ctimai şura üzvü olaraq belə təklif edirəm ki, son müharibədən, hərbi qələbəmizdən sonra insanlarımıza xidmətin təkmilləşməsi, onların problemlərinin yerində və operativ həll olunması üçün yeni-yeni işlər həyata keçirilsin. Mən gözləyirəm ki, “Sosial Xidmət Agentliyinin” belə bir prioriteti olsun: ölkə daxilindəki sanatoriya və istirahət guşələrində – düzdür, son bir ildə pandemiya buna imkan vermədi – vətəndaşlar, xüsusilə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, həssas qurupdan olan digər insanlar bərpa-müalicə kursları keçsinlər, istirahət edib sağlamlıqlarını düzəltsinlər.

Əgər mümkündürsə– əlbəttə, bu, dövlət büdcəsindən ayrılan mailiyyəyə baxır –  amma Əmək və Əhalinn Sosial Müdafiə Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin dəstəyi olarsa, biz də qoşular və dəstək olarıq, nəinki ölkə daxilində, həm də xaricdə yeni bir reabilitasiya layihəsi həyata keçirmək olar. Bunu başqa bir neçə istiqamətdə inkişaf elətdirmək olar ki, vətəndaşlarımızın Sosial Xidmət Agentliyinə etimadı daha da möhkəmlənsin.

Bilirsiniz, Tükiyədə belə təcrübə var. On beş günlük müalicə kursu, onun içində həm istirahət, həm gəzinti. Bununla bizim Vətən Müharibəsində iştirak edən insanların psixoloji durumunu da, fiziki sağıamlığına da xeyli qaydasına salmaq olar.

Mən arzu edirəm ki, bizə Qələbə qazandıran insanlarımız, keçmiş döyüşçülərimiz, şəhid ailələrimiz heç vaxt hökumətdən, ələlxüsus Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazı qalmasın, inciməsinlər, mən bunu özü bir Vətən Müharibəsi qazisi olan vətəndaş kimi arzu edirəm. Bunun üçün də bir ictimai sektor fəalı olaraq nazirlik və agentliklə ümumi iş naminə əməkdaşlığa hazıram.

Sosial Xidmətlər Agentliyi qısa müddətdə səmərəli fəaliyyəti ilə diqqət çəkib. Agentliyə, onun rəhbərliyinə, əməkdaşlarına gələcək işlərində uğurlar diləyirəm!”

 

 

 

 

 

Avatar

Səbinə Kərimova

Read Previous

Tərtərdə minaya düşən şəxsin meyiti tapıldı

Read Next

“Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir