
Sosialxəbər.az ///Ölkəmizi zəfərə aparan 44 günlük müharibənin bir qəhrəmanı da Pərviz Ələddin oglu Məmmədovdur.
Pərviz 9 avqust 1989-cu ildə Tovuzun Məşədivəlilər kəndində doğulub. Orta təhsilini paytaxt Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbə 288 saylı orta məktəbində alıb (1995 – 2006). Orta təhsilini başa vurdğu il, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi alıb.
Gənc zabit həqiqi hərbi xidmətə öncəbhədən – Murovdağ zirvəsindən başlayıb. Dağlaroğlunun dağlar başındakı xidməti diqqətəlayiq olub, nümunəvi xidmət görə, 24 iyun 2013-cü ildə Azərbaycan Prezidenti adından, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edilib. Yubiley medalı ilə təltif olunduğu il, baş leytenant hərbi rütbəsi də alan Pərviz, öz peşəkar hərbi xidmətini bölük komandiri olaraq davam etdirib.
Gənc zabit sonrakı illərdə Tovuz rayonunun öncəbhədə yerləşən Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində xidmət edib. 2017-ci ildə kapitan hərbi rütbəsi alaraq, Qazax rayonunun öncəbhədə yerləşən bir neçə kəndində xidmət edib.
26 iyul 2018-ci ildə Azərbaycan Prezidenti adından ikinci dəfə təltif olunan Pərviz, bu dəfə, “Azərbaycan Ordusu– 100 (1918-2018)” yubiley medalına layiq görülüb.
2019-cu ildə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissənin öncəbhəsində xidmətini davam etdirən kapitan Pərviz Məmmədov yenə öz nümunəvi davranışı, zabit şərəf və məsuliyyətinə uyğun qüsursuz xidməti ilə seçilib. Xidmət etdiyi illərdə yuxarı komandanlıq tərəfindən “Təşəkkürnamə”lər alıb.
27 sentyabr 2020-ci ildə Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, Pərviz də könüllü olaraq, əks-hucum əməliyyatlarına qoşulub. Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid oldub.
2013-cü ildə ailə quran kapitan Pərviz Məmmədovun Tuncay adında bir oğlu var.
Allah rəhmət eləsin!