İranla danışıqlar alınmayacaq, vəziyyət gərginləşəcək

ABŞ-İran münasibətlərinin normallaşması böyük ölçüdə rəsmi Tehrandan və onun nüvə razılaşmasına getməsindən asılıdır. Lakin İranın, etiraf etməsə də, nüvə silahını əldə etmək istəməsi gec-tez yenidən Vaşinqtonla münasibətlərin pozulmasına gətirib çıxaracaq.

Sosialxəbər.ax bildirir ki, Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ-ın BMT Təhlükəsizlik Şurasından İrana sanksiyaların bərpa edilməsi tələbini geri çəkməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, ABŞ-ın İrana tədbiq etdiyi sanksiyaların əksəriyyəti eks-prezident Barak Obama administrasiyası dövründə qəbul edilib:

“Mövcud sanksiyaların başlıca səbəbi də İranın uranı zənginləşdirməsi ilə bağlı idi. Yəni bu gün rəsmi Vaşinqtonun İrana sanksiyaları aradan qaldırması üçün ilk növbədə rəsmi Tehran nüvə proqramında ciddi dəyişikliklər etməlidir.

Bayden Obamanın imzaladığı nüvə sazişinə qayıdacaq. Lakin İranla danışıqların alınmayacağını ehtimal edirəm. Bir müddət sonra tərəflər arasında anlaşmazlıq olacaq. Çünki hər nə qədər etiraf etməsə də, rəsmi Tehran nüvə silahı əldə etmək istəyir. Xüsusilə də bu istiqamətdə gərginlik yenidən yüksələ bilər”.

Avatar

Səbinə Kərimova

Read Previous

Medvedçuk ölkədən qaçmağa hazırlaşır – Putinə zəng

Read Next

Həyəcanı və depressiyanı aradan qaldırmağa kömək edən çay

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir