Medvedçuk ölkədən qaçmağa hazırlaşır – Putinə zəng

“Müxalif platforma – Həyat üçün” partiyasının sədri Viktor Medvedçuk ölkədən qaçmağa hazırlaşır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “Taynı deputata” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Ukrayna Milli Təhlükəsilik və Müdafiə Şurasının sanksiya tətbiqindən sonra Medvedçuk partiyasının qərargahında təcili iclas keçirib.

“Qeyri-rəsmi məlumatlara görə, iclasda Rusiyaya qaçış variantı müzakirə olunub. Onun ətrafında olanlar sanksiyaların Marçenkoya (Medvedçukun arvadı) da təsir edəcəyini gözləmirdilər. Medvedçuk bir neçə dəfə Putinə zəng edib və Rusiya Prezidenti də ona Krasnodardakı iqamətgahla bağlı variant təklif edib”, – kanal bildirib.

Qeyd edək ki, dünən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Müxalif platforma – Həyat üçün” partiyasının sədri Viktor Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkoya sanksiya tətbiq edib.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının “xaç atası”dır və onun MDB məkanında ən yaxın adamlarından sayılır.

Avatar

Səbinə Kərimova

Read Previous

“Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilib

Read Next

İranla danışıqlar alınmayacaq, vəziyyət gərginləşəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir