Qəhrəmanlığa gedən yol-şəhid Saleh Musayev

Musayev Saleh Sabir oğlu 1970-ci il aprelin 7-si Yevlax şəhərində anadan olmuşdur.Uşaq ikən öz vətənpərvərliyi ilə digər yoldaşlarından seçilərdi.Vətənə olan güclü sevgisidə məhz onu, qəhrəmanlıq zirvəsinə qədər ucaltdı.Saleh 1988-ci ildə Ukraynanın Poltava şəhərində Ali Hərbi məktəbə qəbul olub və oranı bitirdikdən sonra , həmin şəhərdə 35705 saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilmişdir.

26 fevral Xocalı soyqırımından sonra Salehin ürəyi vətən eşqilə döyünmüş və dərhal Azərbaycana gəlməyi qərarlaşdırır.
Təyinatını Gəncə şəhərində yerləşən 732 saylı hərbi hissəyə alır və baş leytenant rütbəsində batalyon komandiri olaraq ön cəbhədə döyüşlərə yollanır. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayan Saleh Ağcakənd, Başkənd və bir sıra məntəqələrinin azad edilməsində fəal iştirak edir. Daha sonra Ağdam rayonunun Sırxavənd kəndinin azad edilməsində aktiv rol oynayır.
Azərbaycan Ordusunun 1992 -ci illiyin iyununda başladığı əks- hücumunda Saleh və batalyonu da aktiv iştirak edir. Marquşavan,Həsənqaya ,Gödəkburunun azad edilməsində müstəsna xidmətləri olub.1992-ci il 14 noyabr tarixində Ağdərənin Çıldıran kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Saleh son anadək döyüşü idarə edir.

Döyüş zamanı atışma mövqeyini dəyişərək minaya düşür. Yoldaşları cəsədini çətinliklə də olsa qarlı döyüş meydanından çıxara bilirlər. Kəskin qan itirmədən vəfat edir. Doğulduğu Yevlax Şəhidlər Xiyabanında dəfn edilib.Yevlaxda yaşadığı küçə də hal-hazırda onun adını daşıyır.Şəhid olan zaman Tərtər şəhər 703 saylı hərbi hissənin zabiti idi.Ailə qurmuşdu bir oğlu var idi.Saleh Musayev beləcə şəhidlik zirvəsinə ucaldı.
Allah şəhidimizə rəhmət eləsin!

Torpaq uğrunda vuruşub torpağa gömülən bu igid oğulları,ərləri vətənimiz Azərbaycan bütün xalqımız zaman zaman bir qələbə bayrağı kimi öz başı üzərinə qaldıracaq.

Diqqət elə qardaşım,
Bu torpağa şəhidin
Qızıl qanı tökülüb.
Düşmən gəlib üstünə,
Qəlpə yağıb köksünə,
Çoxlu qanın itirib
Ucalıb şəhidliyin,
Ən uca zirvəsinə.
O sarılıb üçrəngli,
Müqəddəs bayrağına
Özünü qurban etdi,
Vətənə,torpağına.

Şəhid ailələrinə yardım və hüquqların müdafiəsi ictimai birliyinin üzvü  Ülkər Əliyeva

 

Avatar

Səbinə Kərimova

Read Previous

Bizi zəfərə aparan şəhidlərimiz- Kapitan Pərviz Məmmədov

Read Next

XXI əsrin vəhşi qəbiləsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir