Jirinovski israrlıdır: Artıq çəkili məmurlar…

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çəki məhdudiyyəti ilə bağlı çağırışına aydınlıq gətirib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə o, Teleqram səhifəsində yazıb.

“Artıq çəki yaşlılarda bir çox xəstəliyin və erkən ölümün inkişafında başlıca amillərdən biridir. Əlbəttə ki, hər bir insanın nə yeyəcəyinə və nə edəcəyinə özünün qərar vermək hüququ var. Ancaq dövlət vətəndaşlar üçün sağlam həyat tərzi ilə bağlı stimullaşdırıcı siyasət yürütməlidir”, – deyə siyasətçi bildirib.

Qeyd edək ki, bundan öncə partiya sədri məmurlar üçün çəki məhdudiyyətlərinin tətbiq edilməsini istəmişdi. Onun sözlərinə görə, dövlət artıq çəkili vətəndaşlara, onların müalicəsi və pəhrizi üçün çox pul xərcləmək məcburiyyətindədir.

Avatar

Səbinə Kərimova

Read Previous

ABŞ-da korona açıqlaması: Bizlik deyil!

Read Next

Bakıda yol qəzası baş verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir