Rayonlarda 6, Bakıda 12 manata satılan mal əti – Video

Rayonlarda bir kiloqramı 6-7 manata təklif olunan dana əti paytaxtda 11-12 manata satılır. Maraqlıdır, bu qədər fərq niyə yaranır? Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər.

Sosialxəbər.az  Xəzər TV-yə istinadən xəbər verir ki, mal əti 6-8, quzu əti isə 9-10 manat. Bura Bərdənin pərakəndə ət bazarıdır.

Rayon bazarında son aylar ət 1-2 manat arasında ucuzlaşıb.

Satıcıların sözlərinə görə, ümumiyyətlə son 4 ayda ət ucuzlaşmaqda davam edir. Hələ bundan sonra da ucuzlaşmanın olacağı istisna edilmir.

Rayonlardan fərqli olaraq paytaxtda ət ucuzlaşmayıb. Bakıda mal ətinin qiyməti hələ də 11-12 manat arasında dəyişir.

Satıcılar paytaxtda ətin ucuzlaşmamasını müxtəlif səbəblərlə izah edirlər.

Satıcılar bu gedişlə hələ paytaxda ətin bir az da bahalaşacağını deyirlər. Buna səbəb son günlər benzinin və yemin qiymətinin artmasıdır. Xüsusilə də hazırda rayondan Bakıya mal gətirmə xərcləri bir qədər artıb.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

Read Next

“Mənim Dünyam” Mərkəzinin “Vətənə Qayıdış 2” layihəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir