Ağsuda Xocalı soyqırımının anım mərasimi qeyd edildi

Sosialxəbər.az xəbər verir ki, bu gün Neftçi İdman klubu ictimai birliyinin nəzdində fəaliyyət göstərən Ağsu idman kompleksi, Ağsu rayon Gənclər və İdman idarəsinin kollektivi və Neftçi IK Agsu futbol klubu Xocalı soyqırımının anım mərasimini qeyd edib.

Ağsu idman kompleksinin bütün kollektivi Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin abidələrinə əklil qoyaraq bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Daha sonra Ağsu rayon gənclər və idman idarəsinin rəisi Azər Kərimli və Ağsu idman kompleksinin direktoru Beynəlxalq dərəcəli əməkdar müəllim Elnur Aliyev şəhidlərimizin keçdiyi şərəfli yoldan bəhs ediblər. Şəhidlərimizin qanı bahasına alınmış torpaqlarımıza hər zaman sahib çıxmağı hər kəsin borcu olduğunu və Ali baş komandanın sadiq əsgəri olduğumuzu vurğuladılar.

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik…

#JusticeForKhojaly #Khojaly #KhojalyGenocide #ArmenianTerror #HumanRights #Xocalı #XocalıSoyqırımı #26Fevral #XocalıyaƏdalət #unutmadıq #unutdurmadıq #dontforget #KhojalyisAzerbaijan #KarabakhisAzerbaijan

Avatar

Səbinə Kərimova

Read Previous

Birinci Qarabağ Müharibəsi veteranının pensiyası niyə kəsilib?

Read Next

Avrokomissiya: Mümkün qədər iqtisadiyyata dəstək olun!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir