Krımın itirilməsi qaçılmazdır

Krımın itirilməsi qaçılmazdır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri ukraynalı politoloq Aleksey Qolobuçki deyib.

“25 il ərzində biz Ukraynanın mövcudluq hədəfinin yaranması ilə bağlı heç nə etməmişik. Əhalinin fərqli qrupları ölkənin gələcəyini fərqli şəkildə görür və bu səbəbdən o, vahid dövlət kimi mövcud ola bilmir. Bir tarixçi olaraq mənim üçün vətəndaş müharibəsi, yaxud təcavüzkarlıq zaman məsələsidir. Əgər biz 30 il əvvəl bölünsəydik, o zaman hərə öz layihəsi ilə normal şəkildə yaşayardı. Biz avropalı, onlar (Ukraynanın şərqi – red.) isə Rusiyanın bir hissəsi olardı. Krıma gəldikdə isə, Rusiyaya birləşməsi aşkar idi, lakin bunun qarşısını almaq olardı. Krım heç vaxt Ukraynanın olmayıb. Çünki Ukrayna hakimiyyəti bunun üçün heç nə etməyib”, – deyə ekspert bildirib.

Avatar

Səbinə Kərimova

Read Previous

Ermənistanda yaşanan təlatümlərin səbəbi nədir?-Əkrəm Bəydəmirli

Read Next

Türkiyə ABŞ-la məsələni həll etməsə… – Xəbərdarlıq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir