Ukraynanın diqqəti Qarabağda: Yeni müharibə…

Ukrayna Qarabağdakı hərbi əməliyyatları olduqca diqqətlə öyrənir. Ukrayna Baş Qərargahı xüsusilə zərbə dronlarının uğurlu təcrübəsi ilə maraqlanır.

Sosialxəbər.az  xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert Ukrayna ilə Türkiyənin təmaslarının intensivləşməsini təsadüfi hesab etməyib:

“Ukrayna Türkiyədən “Bayraqdar” pilotsuz təyyarələrini almaq və bunların ölkədə istehsalını həyata keçirmək istəyir. PUA operatoru üzrə təhsil alan ukraynalı hərbçilər yeni Donbas müharibəsinin olacağı təqdirdə “Bayraqdar”dan aktiv istifadə edəcəklər. Belə əməliyyat mümkündür”.

Qeyd edək ki, son günlər Donbas bölgəsinin konflikt zonasında vəziyyət yenidən gərginləşib. Ötən gün tərəflər arasında daha bir silahlı qarşıdurma müşahidə edilib.

Avatar

Səbinə Kərimova

Read Previous

Türkiyə ABŞ-la məsələni həll etməsə… – Xəbərdarlıq

Read Next

Neft bahalaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir