Britaniya ştammı daha sürətlə yoluxucudur – TƏBİB rəsmisi

Dünyada COVID-19-un 3 növü yayılmaqdadır. İnfeksion virusların mutasiyası daima baş verməkdədir.

Sosialxəbər.az  xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, qrip peyvəndinə qarşı hər il peyvənd hazırlanır:

“Bu virusun mutasiya keçirməsi ilə əlaqədardır. Bizi maraqlandıran isə mutasiyanın xəstəliyin inkişafına və yoluxma sürətinə təsir etməsidir. Britaniya ştamı isə daha sürətlə yoluxucudur. Bu ştam aşkarlanan ölkələrdə bəzi qabaqlayıcı tədbirlər tətbiq olunur. Virusun digər mutasiya növləri də araşdırılmaqdadır. Daha çox yoluxma sürətinə malik olan mutasiyalar daha gözləniləndir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda seqmenləşmə analizinin aparılma imkanı var: “Bir il əvvəl bu haqda danışa bilməzdik. Avropa birliyində açıq portal var ki, orada aparılan test nəticələri, mutasiya növləri qeyd olunmaqdadır. ÜST bizə Britaniya ştamı üçün ənənəvi tədbirlərə riayət etməyi tövsiyə edir”.

Yaqut Qarayeva qeyd edib ki, hazırkı vaksinlər virusun mutasiya növlərinət təsir edir.

Avatar

Səbinə Kərimova

Read Previous

Aprel-may aylarında həftəsonu ictimai nəqliyyat işləməyəcək

Read Next

“Vətənə qayıdış – 3” – Qazilərlə görüş – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir