Avropa çempionatına 11 taekvondoçumuz yollanacaq

Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Sosialxəbər.az bildirir ki, Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dörd gün davam edəcək yarışa 11 idmançı yollanacaq. G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında kişilərdən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.

Nümayəndə heyətinə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev başçılıq edəcək. Gündüz Abdullayev isə Sofiyaya hakim qismində yollanacaq.

Avatar

Səbinə Kərimova

Read Previous

Türkiyənin Balıkesir Universitetində azərbaycanlı şəhidin xatirəsi əbədiləşdirildi – FOTO

Read Next

Koronavirusla bağlı SON STATİSTİKA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir