18 yaşlı qəhrəman şəhid- Əliyev Cəlil

Sosialxəbər.az saytı olaraq, qazi və şəhidlərimiz barədə oxucularımıza məlumatlar veririk. Bizim məqsədimiz ölkəmiz uğrunda canından keçən igidlərimizin sücaəti haqqında,onların keçdikləri həyat yolunu ictimayətə təqdim etməkdir. Bu ölkə gənclərinin vətənpərvər ruhda yetişməsinə bir stimuldur.
Bu gün sizə 18 yaşında şəhidlik məqamına çatan
Əliyev Cəlil Cəlal oğlu barədə məlumat verəcəyik. O, 4 may 1975 – ci ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olub. 1981 – ci ildə 69 nömrəli məktəbin 1 – ci sinfinə daxil olur.

Doqquzuncu sinifə kimi həmin məktəbdə təhsil alır. On və on birinci sinfi Mirzə Ələkbər Sabir adına 259 nömrəli məktəbdə davam etdirir. 1992 – ci ilin oktyabr ayından 1993 – cü il fevral ayına qədər Balaxanı qəsəbəsində yerləşən Məşədi Əzizbəyov adına təcrübə sınaq zavodunun mühərrik təmiri sexində Çilingər şagird vəzifəsində işleyir. Həm işləyib ailəsinə kömək olur, həm də ali məktəbə hazırlaşır. Sənədlərini ali məktəbə versədə daxil olmur.

1993 – cü il iyul ayının 4 – ü hərbi xidmətə çağrılır. Füzuli rayonunun Qaraxanbəyli kəndində N saylı hərbi hissədə Vətənə xidmət edir. Cəlilin döyüş yolu Füzulinin Əhmədbəyli, Böyük Bəhmənli, Kiçik Bəhmənli, Qaraxanbəyli kəndlərindən keçir.Döyüşlərdə göstərdiyi əsl cəsarət və qəhrəmanlıq komandanlıq tərəfindən qiymətləndirilir. Komandanlıq Cəlili hər kəsə nümunə gösterirdi.
1994 – cü il yanvarın 16 – da düşmən snayperindən açılan güllə 18 yaşlı Cəlil Əliyevin həyatına son qoydu… Beləliklə, Cəlil Əliyev şəhidlik zirvəsinə ucalir. 2 saylı Şehidler Xiyabanında dəfn olunur.

Allah sənə rəhmət eləsin kəndimizin şəhidi. Qanın yerdə qalmadı. Uğruna canını qurban verdiyin torpaqlarımız geri qayıtdı. Biz qələbə qazandiq. Bizlərə qələbə sevincini siz şəhidlər yaşatdınız.

Şəhid analarının qarşısında baş əyirik.
Siz analar fəxr etmelisiniz ki, Cəlil kimi qəhramanlar dünyaya gətirmisiniz.

Bizim də borcumuzdur ki, şəhidlərimizi unutmayaq, tanıyaq və tanıtdıraq. Unutqanlığa son qoyaq!

 

 

Müəllif : Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafıəsi ictimai birliyin üzvü, Xeyrigül Nəsubullayeva

 

Avatar

Səbinə Kərimova

Read Previous

“Dərs vaxtı”nın bu günə olan cədvəli – FOTO

Read Next

Gəncədə evdə partlayış olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir