Kravçuk: İstefa verəcəm, ancaq Minskə getməyəcəm!

Zərurət yarandığı təqdirdə belə Donbas danışıqları ilə bağlı Minskə getməyəcəyəm.

Sosialxəbər.az  xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

“Minsklə heç vaxt razılaşmayacağıq. Əgər danışıqlar üçün yenə Minsk təklif olunsa, bundan imtina edəcəyəm və postumu da tərk etməyə hazıram”, – deyə Kravçuk bildirib.

Siyasətçi fikrini belə əsaslandırıb ki, hazırda Ukrayna Belarusu demokratik və müstəqil dövlət hesab etmir:

“Belə ölkəni danışıqlar meydanı üçün uğurlu saymaq mümkün deyil. Belarus Rusiyadan asılıdır”.

Kravçuk Minskə alternativ kimi Polşa, yaxud digər bir demokratik ölkədə danışıqlar aparmağın mümkünlüyünü bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov da danışıqların Misnkdə davam etdirilməsinə qərar veriləcəyi halda Kiyevin bundan imtina edəcəyini açıqlamışdı. Buna səbəb kimi Belarusun Rusiyanın təsir dairəsində olması göstərilmişdi.

Avatar

Səbinə Kərimova

Read Previous

“ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının arxasında başqa məqsədlər güdülür” – Rəfail Becanov

Read Next

ABŞ-dan sonra ən güclü Türkiyədir – Korotçenko

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir