Rusiya Ermənistanda seçimini hələ etməyib- Əkrəm Bəydəmirli

 

Sosialxəbər.az bildirir ki, Ermənistanın baş nazirinin Rusiya prezidenti ilə aprel ayının 7-də baş tutan görüşü Paşınyanın siyasi gələcəyini müəyyən edəcək. Bü gün hamıya bəllidir ki, Rusiyanın xeyir-duası olmadan Ermənistanda hakimiyyətdə qalmaq mümkünsüzdür.

Böyük ehtimalla həmin görüşdə Nikol Rusiya prezidentindən ciddi tapşırıqlar alıb. Rusiyanın əleyhinə birmənalı şəkildə danışmamaq, Rusiya Hərbi Kompleksi haqqında formalaşan mənfi rəyin dəyişdirilməsinə çalışmaq və müsbət nəticə əldə etmək və s. tapşırıqlar N. Paşinyanın üzərinə yüklənib.

Digər tərəfdən Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq olunan sanksiyaların təsirinin azaldılmasında əhəmiyyətli rol oynayacaq kommunikasiya xətlərinin davam etməsi, tranzit layihələr şübhəsiz müzakirə mövzusu olub.

İkibaşlı oyun oynayan Rususiyanın Ermənistanda seçki zamanı kimi dəstəkləyəcəyi həllə bəlli deyil.
44 günlük müharibə zamanı Azərbaycanın tarixi qələbəsindən sonra ciddi daxili təzyiqlərlə üzləşən Paşinyanı, yoxsa, nüfuzunu itirmiş, sadiq köpək Koçaryanı dəstəkləyəcəyi hələki Rusiya tərəfdən bildirilmir.

Ancaq o məlumdur ki, Rusiya regionda gedən prosesləri və strateji hədəflərini nəzərə alaraq seçimini edəcək.

Avatar

Səbinə Kərimova

Read Previous

Nazir vergilərdən danışdı

Read Next

ABŞ eksperti: Əşyalardan koronaya yoluxma ehtimalı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir