Bu gündən istilik təchizatı dayandırılır

Bu gündən Azəristiliktəchizat ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.

Sosialxəbər.az  xəbər verir ki, bunu ASC-nin rəsmisi Rafiq Əliyev deyib.

O qeyd edib ki, bəzi dağlıq və dağətəyi rayonlarda isə istilik təchizatı mayın 1-nə qədər davam edəcək:

“Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir”.

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb. Ötən il “Azəristiliktəchizat”ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.

Avatar

Səbinə Kərimova

Read Previous

Yevlaxda evdə yanğın: 53 yaşlı qadın öldü

Read Next

Zəngilanın Ağoyuq qəsəbəsi – Video

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir