Yoxdur islam ümməti! Türkiyə İsrailə ordumu yeritməlidir?

Artıq olmayan ümmətin bizdən gözləyəcəyi hər hansı addım yoxdur. Türkiyə Fələstin üçün daha nə edə bilər?! Ordunu İsrailə göndərməlidir?!

Sosialxəbər.az xəbər verir ki, bu sözləri “Hüriyyət” qəzetinin yazarı Ərtoğrul Özkök Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Həmişə qınayırıq, amma ümmət bizdən addım atmağımızı gözləyir” sözləri ilə bağlı qələmə aldığı məqaləsində yazıb.

“Suriyada bir-birini kəsən ümmətmi addım atmağımızı istəyir? Əfqanıstanda müsəlmanlıq “naminə” məktəbə bomba atan və yüzlərlə qız şagirdi öldürən Taliban ümməti istəyir? Yəməndə müsəlman husilərin başına bomba yağdıran Səudiyyə ümməti istəyir?! Yoxsa, Səudiyyə və BƏƏ ilə qarşı-qarşıya gəlmiş İran ümməti? Uzun mübarizədən sonra barışdığımız Misir ümməti? Ya da İraq və Suriyada baş kəsən İŞİD ümməti?..” – deyə yazar məqaləsində bildirib.

Yazar qeyd edib ki, Çavuşoğlunun adlandırdığı ümmət onminlərlə türk əsgərinin şəhid olduğu Yaxın Şərq çöllərində yox olub getdi:

“Realist olaq. Bu gün müsəlman dünyasında ümmət yoxdur. Türkiyənin atacağı bir addım var, o da vasitəçilikdir: İsrailə “Dayandır bu vəhşiliyi!”, ardınca da Fələstinə “Sən də İsrail şəhərlərinə raket atmağa son ver!” deməliyik… Biz millət olaraq sülh xidmətini yerinə yetirə bilərik”.

Səbinə Kərimova

Read Previous

Əsarətdən qurtulan məbəd – AĞOĞLANDAN VİDEOREPORTAJ

Read Next

Neft bahalaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir