“Qarabağ” Ozobiçlə bağlı qərarını verdi

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusu ilə razılığa gəlib.

Sosialxəbər.az  xəbər verir ki, Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.

30 yaşlı oyunçu “köhlən atlar”la 2 illik yeni sözləşməyə imza atıb. Klub yaxın vaxtlarda bunu rəsmən açıqlayacaq.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, daha əvvəl Azərbaycanda “Qəbələ”nin formasını geyinib.

Səbinə Kərimova

Read Previous

Şəhidimizin nəşi ailəsinə təhvil verildi

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir