Bakının Xətai rayonunda 28 yaşlı gənc biləklərini kəsərək intihara cəhd edib.

Sosialxəbər.az xəbər verir ki, hadisə X.Məmmədov küçəsində baş verib.

28 yaşlı Ağaməmmədov Pünhan Malik oğlu yaşadığı evdə damarlarını kəsərək intihara cəhd edib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona hər iki biləyin kəsilmiş yarası diaqnozu qoyulub və təcili olaraq cərrahi əməliyyat edilib.

Hadisənin hansı səbəbdən baş verməsi Xətai Rayon Polis İdarəsində araşdırılır.