Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması zamanı 2 nəfər xəsarət alıb.

Sosialxəbər.az xəbər verir ki, Moskva prospektindəki körpünün üzərində “Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən “Kia” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən “Hyundai” aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Qəzaya uğrayan “Mercedes”in sürücüsünün Baku TV-yə verdiyi məlumata görə, “Hyundai” və “Kia” avtomobillərinin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb və qəza elə bu zaman baş verib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Qəzanın dəqiq səbəbləri araşdırılır.