Əsas Səhifə Sağlamlıq 3 xanımı öldürən həkim

3 xanımı öldürən həkim

5 dəqiqə oxundu
0
0
62

Bu, Sirus Qoçxaninin ölümlə nəticələnən ilk əməliyyatı olmadığına görə o, azadlıqdan məhrum edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov iranlı həkim Sirus Qoçxaninin ölümlə nəticələnən sayca üçüncü əməliyyatından sonra onu gözləyən cəza ilə bağlı danışarkən deyib.

S.Vəkilov bildirib ki, bu hadisə S.Qoçxaninin ilk əməli olsaydı, o həbs olunmaya bilərdi:

“Cinayət qanunvericiliyinə görə, ilk dəfə ehtiyatsızlıqdan ölümə səbəb olan şəxs 5 ilə qədər həbs cəzası ala bilər. Bu zaman ona adətən məntəqə tipli cəzaçəkmə müəssisəsi seçilir. Bu isə o anlama gəlir ki, o, azadlıqda qalır. Bu, ancaq ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaya aiddir. S.Qoçxaninin bundan əvvəlki iki ölüm işi ilə bağlı araşdırma aparılıbsa və ehtiyatsızlıqdan ölümə səbəb olduğu üçün ona az cəza verilibsə, hazırda 3-cü ölüm baş verdiyi üçün onun barəsində azadlıqdan məhrumetmə qərarı verilməli və həbs edilməlidir. Ancaq bundan əvvəl baş verən bu hadisələrlə bağlı heç bir aradırma aparılmayıbsa, hazırkı hadisə ilə bağlı araşdırma aparıldıqda Sirus Qoçxaninin törətdiyi cinayət “ilk dəfə ehtiyatsızlıqdan ölümə səbəb olma” sayılacaq”.

S.Vəkilov bildirib ki, ölən şəxslərin yaxınları müraciət edərək, hər üç hadisənin birlikdə araşdırılmasını istəyə bilərlər:

“O zaman artıq həkimin əməli ilk dəfə törədilmiş cinayət olmayacaq. Aldığı cəza da ağır olacaq. Bilirsiniz ki, məhkəmənin cəza növlərindən biri də peşə fəaliyyətinə qadağa qoymaqdır. Mən təklif edərdim ki, artıq 3 nəfərin ölümünə bais olan bu həkimlə bağlı ciddi addım atılsın və onun peşə fəaliyyətinə qadağa qoyulsun”.

Xatırladaq ki, “Baku Medical Plaza” klinikasında iranlı həkim Sirus Qoçxaninin etdiyi plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.

Bundan öncə Qoçxaninin həyata keçirdiyi əməliyyat zamanı Elmi-Tədqiqat Ağciyər İnstitutunun həkim-ginekoloqu Sona Gürgün Vəliyeva, 2017-ci ildə isə 22 yaşlı model Leyla Oruclu dünyasını dəyişmişdi.

Daha çox oxşar yazı
  • Bakı nefti bahalaşdı

    Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər ve…
  • “Azərişıq” əməkdaşları güllələndi

    Masallı rayonunda Azərişıq ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət …
  • Xətai rayonunda su olmayacaq

    Xətai rayonunun bir hissəsində su olmayacaq. Sosialxəbər.az bildirir ki, Bu barədə Oxu.Az-…
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Bunu da oxu

Bakı nefti bahalaşdı

Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər ve…