Yasamal rayonunda 31 yaşlı kişi evdə bıçaq xəsarəti alıb.

Sosialxəbər.az xəbər verir ki, hadisə Şəfaət Mehdiyev, 3 ünvanında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Xəlilov Amid Abit oğlu evdə naməlum şəkildə bıçaqla yaralanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sol qolun və bazunun kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.