Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi “22 iyul – Milli Mətbuat Günü” ilə əlaqədar jurnalist yazıları müsabiqəsinin münsiflər heyətinin tərkibi bəlli olub.

Bu barədə Sosialxəbər.az-a MPK bildirilib. MPK prezidenti İlqar Rəhimovun imzaladığı əmrə əsasən müsabiqənin aşağıdakı tərkibdə münsiflər heyətinin formalaşıb:

1) Teymur Hacıyev – sədr (Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri)
2) Əvəz Rüstəmov – sədr müavini (Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri)
3) Ellada Mustafayeva – üzv (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası Magistr proqramının meneceri)
4) Mətanət Quliyeva (Qüdsi) – üzv (Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri)
5) Natiq Umarov – üzv (UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı üzrə mütəxəssisi)

Xatırladaq ki, müsabiqə iki mövzunu əhatə edir:

1. Əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiyası,
2. Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət.