Əsas Səhifə Şəhidlər 38 yaşlı qəhrəman – FOTOLAR

38 yaşlı qəhrəman – FOTOLAR

9 dəqiqə oxundu
0
0
35

1 noyabr 1978… Bu tarixdə Vəlizadə Urfan Üzeyir oğlu dünyaya göz açıb

Urfan Vəlizadə kimdir?
Həyat yoldaşı Könül xanımla reportajdan öncə əlaqə saxlayıb, tərcümeyi-halı ilə qiyabi şəkildə tanış olsam da bu gün o qəbirstanlığa ayaq basdıqdan sonra əslində Urfan Vəlizadə haqda heç nə bilmədiyimi anladım.
Yaşasaydı bu gün 38 yaşı tamam olacaqdı. Bir insan həyatı üçün 37 il əslində çox qısadı. Amma o, bu qısa ömrüylə tarixin bir səhifəsini yazdı.

14886355_908170952660736_621092258_n…2016-cı il aprel ayının 2-dən etibarən cəbhə xəttində qızğın döyüşlər başlayır. Füzuli istiqamətində ikinci dəfə havaya qalxan Mİ-24 vertolyotu vurulur. Vurulan zaman bortda 3 pilot olub: mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və Əbubəkir İsmayılov. Döyüş yoldaşları Könül xanıma danışıb ki, uçuşdan əvvəl Urfan yoldaşları ilə zarafatlaşıb da: “Hər kəs öz yerində əyləşsin. Sonra tabutlarımız səhv düşər, mənimkilər səni, səninkilər məni ağlayar”.

14914973_908171475994017_1633444575_n

Zarafata salıb gülüblər, amma ürəklərində hər biri tapşırığın ciddiliyini və məsuliyyətini yaxşı bilirdi.

14958663_908171422660689_107924731_n

Xalası Mətanət xanım danışır:
– Urfan Bakıda anadan olub. Anasını gənc yaşında itirib. Ailədə 2 qardaş, 1 bacı olublar. Özü də çox mehriban idilər. 210 saylı məktəbdə oxuyub. Çox savadlı, alicənab, vətənpərvər, hər şeyin yerini bilən oğul idi. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil oldu. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə Azərbaycanda xidmətə başladı. Həmişə ətrafındakılara vətənpərvərliyi, vətənə sədaqəti öyrədərdi. Amma heç vaxt işi haqda danışmayıb, öyünməyib. Biz onun nə qədər böyük adam olduğunu o öləndən sonra bilmişik. Ölümündən sonra Türkiyədən yasa o qədər adam gəlmişdi. Özü də həmişə deyərdi ki, “Qarabağı biz qaytarmalıyıq. Bizim nəslin işidi bu”. Böyük qızı Zəhra inanmır hələ də atasının rəhmətə getdiyinə. Anasına deyir: “Ağlama, atam ölmüyüb. Gələcək”.

14961381_908170909327407_168527690_n

Axırıncı dəfə mart ayı kiçik qızı Betülün 1 yaşında bütün ailəni bir yerə yığdı. Dedik-güldük. Ondan 5 gün sonra getdi bir də qayıtmadı…

– Könül xanım, çox çətindi anlayıram. Ancaq yəqin ki, sizin də demək istədiyiniz nələrsə var. Dərdinizə şərik olmaq istərdik. Sizin üçün edə biləcəyimiz nəsə varmı?
– Çox sağ olun, amma yoldaşım da həmişə elə adam olub ki, heç nəyə görə heç kimə ağız açmayıb. Maddi heç nəyə ehtiyac yoxdu. Ancaq mənəvi cəhətdən hələ də şəhidə, şəhid ailəsinə hörmət edə bilmirik. Xahiş eliyirəm xalqımızdan şəhidlərə hörmət etsinlər. Torpaq, Vətən yolunda ölüb bu insanlar. Bəzən elə hallarla qarşılaşıram ki…”.

14961499_908171162660715_297610869_n

Amma maddi cəhətdən heç nə istəmirəm. Qızım imtahan verib MTK-a qəbul olub. Sağ olsunlar ödəniş götürmədilər. Onlardan çox razıyam. Başqa da 2 otaqlı ev veriblər. Bilirsiniz, elə mehriban insan idi. İşini heç vaxt evə gətirməzdi. Uşaqlarına yaxşı ata, mənə yaxşı həyat yoldaşı, bacı-qardaşına yaxşı qardaş idi. İşdə də onu elə çox istəyirdilər ki. Təbrizlə də çox yaxın dost idilər. Təbriz həmişə deyərdi ki, “Urfan mənim böyük qardaşımdı. Onun yolunda ölümə də gedərəm mən. Kumirimdi o mənim”. Elə ölümə də bir yerdə getdilər…

14962465_908171215994043_963423472_n
Biz hər ikimiz Nizami rayonu 210 saylı məktəbi bitirmişik. Təzə şəhid olan vaxtı İcra Hakimiyyəti demişdi ki, məktəbə Urfanın adını verəcəklər. Hələ də xəbər yoxdu. Xahiş edirəm versinlər məktəbə onun adını. Heç olmasa əbədi yaşasın…
Nə deyim ki, başqa. Çox sağ olun. Maraqlandınız, gəldiniz. Allah heç kəsə göstərməsin. Çox çətindir. Bütün şəhidlərimizə də rəhmət diləyirəm…

Daha çox oxşar yazı
Daha çox yükləyin: Admin
Daha çox yükləyin Şəhidlər

Bir cavab yazın

Bunu da oxu

Milli Qəhrəman Əsgər Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimi…