Əsas Səhifə Siyasət 41 saylı Sumqayıt birinci seçki dairəsinin ləğvini istəyirik BƏYANAT – 11 namizəd seçkinin nəticəsini tanımadı

41 saylı Sumqayıt birinci seçki dairəsinin ləğvini istəyirik BƏYANAT – 11 namizəd seçkinin nəticəsini tanımadı

4 dəqiqə oxundu
0
0
324

SosialXəbər.az xəbər verir ki, 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən qeydə alınmış 11 namizəd seçki saxtakarlığına etiraz əlaməti olaraq birgə bəyanat imzalayıb.

Əli İsgəndərov,Könül Əliyeva,Emin Nəbiyev,Rəhimli Murad,Süleymanlı Sərvər,Bəhruz Mehdiyev,Kamil Bədəlov,Vüqar Xəlilov,Səlimxanlı Dəyanət, Abbaszadə Murad, Vasif İsmayılov imzalayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

“41 saylı Sumqayıt birinci seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə mənzil istismar sahələrindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılmadı prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 41 saylı Sumqayıt birinci seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir və yeni seçki keçirilməsini tələb edirik.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Bunu da oxu

PKK və FETÖ-dan Türkiyəyə korona təxribatı

15 gün ərzində sosial şəbəkələrdə provokasiyaya yol verən 2 min 863 hesab müəyyən edilib. …