Əsas Səhifə Milli məclis 5 deputat yeri üçün seçkilər nə zaman olacaq?

5 deputat yeri üçün seçkilər nə zaman olacaq?

6 dəqiqə oxundu
0
0
138

Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən nəticələri ləğv edilmiş 4 dairə üzrə təkrar seçkilər koronavirus səbəbindən hələ də keçirilməyib. Hazırda isə ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı bir çox məhdudiyyətlər ləğv edilib. Bəs görəsən, hazırkı durum və yoluxma statistikası təkrar seçkilərin keçirilməsinə imkan verirmi?

Sosialxəbər.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, seçki prosesi karantin davranış qaydalarının pozulmasına səbəb ola bilər:

“Milli Məclisdə 4 dairənin seçki nəticəsi ləğv edildiyi və Fəttah Heydərov vəfat etdiyi üçün hazırda 5 yer boşdur. Ləğv edilən dairələr üzrə təkrar seçkilərin keçirilməsi ilə bağlı konkret tarix müəyyənləşdirilməmişdi. Qanunvericilikdə də təkrar seçkilərin keçirilməsi ilə bağlı norma yoxdur. Hazırkı şəraitdə xüsusi karantin rejimidir və bir sıra məhdudiyyətlər var. Seçkilər isə böyük kampaniyadır, qanunvericilikdə seçki kampaniyasında keçirilən görüşlər, imzatoplama və s. proseslərlə bağlı məsələlər tənzimlənib. Seçki zamanı namizədlər bu kampaniyaları keçirməlidir, bunlar isə karantin qaydalarına ziddir. Bu səbəbdən COVİD-19-un davam etdiyi şəraitdə bu, mümkün deyil və hesab edirəm ki, bununla bağlı qərarın verilməsi hələlik düzgün qərar olmaz. Düzdür, vətəndaş parlamentdə onu təmsil edən, maraqlarına xidmət edən şəxsin olmasını istəyir. Amma hazırda insanların sağlamlığı daha mühüm məsələdir. Başqa ölkələrin təcrübəsində epidemiya müddətində seçkilərin keçirilməsini görmüşük. Bizim ölkədə insan faktorunu, vətəndaşların sağlamlığının və səhhətinin qorunmasını dövlət özü üçün prioritet seçib. Hesab edirəm ki, üstünlük vətəndaşların sağlamlığına verilməlidir. Prezident də hər zaman xüsusi olaraq qeyd edib ki, əsas məsələ vətəndaşların sağlamlığının qorunmasıdır”.

Professor Adil Qeybulla da bildirib ki, epidemiya ilə əlaqədar seçkilərin keçirilməsi vətəndaşların sağlamlığı üçün ciddi təhlükə ola bilər:

“Təkrar seçkilərin keçirilməsi ilə bağlı zərurət yoxdur. Bu məsələyə gələn il də baxıla bilər. İndiki dövrdə koronavirusla yanaşı mövsümi xəstəliklər geniş yayılır və belə şəraitdə seçkilərin keçirilməsini məqsədəuyğun hesab etmirəm”.

Qeyd edək ki, bu ilin fevralında Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 4 dairədə (33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələri) seçki nəticələri ləğv edilmişdi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Bu, Ermənistan üçün utancdır

Dağlıq Qarabağ münaqişəsində son gərginlik dünya erməni icması və Ermənistanın özü üçün ut…