Əsas Səhifə Cəmiyyət 5 mağazada reyd – 433 dini təyinatlı ədəbiyyat aşkarlandı

5 mağazada reyd – 433 dini təyinatlı ədəbiyyat aşkarlandı

3 dəqiqə oxundu
0
0
34

 

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada daha bir reyd keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, reyd zamanı ümumilikdə içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 433 dini təyinatlı ədəbiyyat müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınan qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilən qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…