Əsas Səhifə Dünya 56 ağ ayı buzların Çukotka sahillərini tərk edə bilməyib və insanların yaxınlığında qalmalı olub

56 ağ ayı buzların Çukotka sahillərini tərk edə bilməyib və insanların yaxınlığında qalmalı olub

2 dəqiqə oxundu
0
0
26

Rusiyanın Uzaq Şərqində 56 ağ ayı buzların Çukotka sahillərini tərk edə bilməyib və insanların yaxınlığında qalmalı olub.

Sosalxəbər.az bildirir ki, Bu barədə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fonduna (WWF) istinadən “İnterfaks” agentliyi xəbər yayıb.

Məlumata əsasən ayıların hamısı arıqdır. Onların içində yaşlı və gənc heyvan, eləcə də ayı balaları var.

Ölmüş morjların cəsədləri ilə qidalanan ayılar vaxtaşırı yem cəhətdən əziyyət çəkirlər. Bu sarıdan yaxınlıqda yeləşən Rırkaypiy kəndinin sakinləri üçün təhlükə yarana bilər.

WWF-dən qeyd ediblər ki, yaşayış məntəqəsində bütün içtimai tədbirlər təxirə salınıb, uşaqları məktəbə və bağçaya isə xüsusi avtobuslar aparacaq.

Təşkilatın məlumatına görə, ayıların arzuolunmaz “əsirlikdə” qalmaları iqlim dəyişiklikləri ilə də izah oluna bilər: heyvanların qaldıqları “Kojevnikov burnunda” dekabr üçün isti havalar müşahidə olunur. Sahilyanı buzlar bərkiyəndən sonra ayıların bu ərazini tərk etməsi gözlənilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Beyrutun yenidən qurulması üçün böyük səy göstərilməlidir

Beyrutun yenidən qurulması üçün böyük səy göstərilməlidir. Sosialxəbər.az xəbər verir ki, …