Əsas Səhifə Slide-az 6 ayda 646 min vətəndaşın müraciəti cavablandırıldı

6 ayda 646 min vətəndaşın müraciəti cavablandırıldı

2 dəqiqə oxundu
0
0
1,079

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun olaraq) 25,5 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib.

Sosialxəbər.az bildirir ki, Nazirlikdən Axar.az-a verilən məlumata görə, onlardan 869-nu nazir, nazir müavinləri, nazirliyin Aparat rəhbəri və digər rəhbər vəzifəli şəxsləri qəbul edib.

Yanvar-iyun aylarında ümumilikdə nazirlik tərəfindən 646,4 min (o cümlədən 142 Çağrı mərkəzi vasitəsilə 421,7 min, ərizə, onlayn, elektron poçt ilə edilən 155 min, sosial şəbəkələr (“Facebook”, “Instagram” və s.) vasitəsilə 61,2 min, Nazirliyin Aparatı üzrə iş telefonları vasitəsilə 8,5 min) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…