Əsas Səhifə Dünya ABŞ: Bu məlumatlar Rusiyanın “əlinə oynayır”

ABŞ: Bu məlumatlar Rusiyanın “əlinə oynayır”

2 dəqiqə oxundu
0
0
190

Rusiyanın taliblərə amerikalılara hücuma görə mükafat təyin etməsi barədə mediada yayılan xəbərlər Rusiyanın “əlinə oynayır” və onun maraqlarına xidmət edir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Keyli Makineni deyib.

“Bu məqalənin 2 pis nəticəsi var. Birinci, bu məqalə sözügedən məsələ ilə bağlı konsensus əldə edilməsini və kəşfiyyat məlumatlarının yoxlanmasını çətinləşdirəcək. İkincisi, bu cür ziddiyətlər və fikir ayrılıqları təəssüf ki, Rusiyanın “əlinə oynayır” və onun maraqlarına xidmət edir”, – deyə o bildirib.

Makineni qeyd edib ki, ABŞ kəşfiyyatından belə informasiyanın sızmasından sonra heç kim qiymətli məlumatını ABŞ-la bölüşmək və əməkdaşlıq etmək istəməyəcək.

Xatırladaq ki, “Nyu York Tayms” Rusiyanın taliblərə Əfqanıstanda amerikan hərbçilərinə hücum etməsi üçün pul təklif etdiyini yazıb. ABŞ kəşfiyyatına istinadən yayılan bu məlumatı Tramp saxta adlandırıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Samuxda piknik edənlər cərimələndi

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydal…