Əsas Səhifə Dünya ABŞ-ın Ankaraya tətbiq edəcəyi mümkün sanksiyalar deyil

ABŞ-ın Ankaraya tətbiq edəcəyi mümkün sanksiyalar deyil

5 dəqiqə oxundu
0
0
157

Türkiyənin S-400 hava hücumundan müdafiə sistemini işə salmamasının səbəbi ABŞ-ın Ankaraya tətbiq edəcəyi mümkün sanksiyalar deyil.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfildin Türkiyənin S-400 hava hücumundan müdafiə sisteminin işə salınmasının Konqresdə qəbul edilən sanksiya qanunlarına görə təxirə salındığı iddialarını şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, S-400 Türkiyə üçün çox vacibdir:

“Çünki bu sistemlər Türkiyənin regionda milli təhlükəsizliyinin başlıca prioritetlərindəndir. Cari ilin əvvəllərindən etibarən artıq bu sistemlərin alınması yekunlaşıb. Hətta onu da qeyd edim ki, S-400-lərin təyinatı üzrə yerləşdirilməsi də tamamlanıb”.

Q.Hüseynlinin sözlərinə görə, Türkiyə dəfələrlə ABŞ-a “Patriot” sistemləri almaq istədiyini bildirib:

“Bu gün Türkiyə üçün başlıca məsələ öz milli təhlükəsizliyinin tam qorunmasıdır. Bu məsələ ilə bağlı Türkiyə ilk olaraq ABŞ-a müraciət edib. ABŞ isə heç bir müsbət və ya mənfi cavab verməyib. Çünki burda qeyd olunmalı məqam odur ki, Türkiyə təkcə “Patriot” sistemlərini deyil, onun texniki parametrlərini də istəyirdi. Bu isə tərəflər arasında bu gün də davam edən anlaşılmazlığa səbəb olub”.

Q.Hüseynli bildirib ki, ABŞ-dan fərqli olaraq, Rusiya S-400-lərin texniki parametrlərini də Türkiyəyə verib:

“Yəni Türkiyə gələcəkdə öz arsenalını hazırlamaq üçün lazımi texnoloji informasiyalara sahibdir. Bu gün sistemlərin işə salınmamasının başlıca səbəbi S-400 hava hücumundan müdafiə sistemlərini istifadə edəcək kadrların olmamasıdır. Bununla bağlı Türkiyəyə hərbi kadrların hazırlanması üçün Rusiyadan xüsusi təlimçilər dəvət olunub. Onu da qeyd edim ki, Türkiyə bu məsələdə Azərbaycandan da kömək istəyib. Azərbaycanın arsenalında olan S-300 hava hücumundan müdafiə sistemlərinin texniki personalı Türkiyəyə dəvət olunub. Çünki bu iki sistem arasında heç bir texniki qulluq fərqi yoxdur”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…