Əsas Səhifə Dünya ABŞ kürdlərə 7 helikopter silah göndərdi

ABŞ kürdlərə 7 helikopter silah göndərdi

1 dəqiqə oxundu
0
0
35

Bir neçə gün öncə ABŞ Konqresinin kürdlərə yardım edilməsi barədə qəbul etdiyi qərarın ABŞ prezidentinin razılığı olmadan icrasına başlanılıb.

Son 1 sutka ərzində Suriyadakı kürd silahlı birləşmələrə 7 helikopter hərbi təchizat göndərilib.

Suriya Demokratik Qüvvələrindən “Basnyus”a verilən məlumata görə, ABŞ-ın bölgəyə göndərdiyi silahlar Rakka əməliyyatlarına hazırlıq xarakteri daşıyır.

YPG-yə verilən silahlar arasında “Stinger” hava hücumundan müdafiə sistemi və zirehli avtomobillərə qarşı istifadə olunan raketlər də var.

Qeyd edək ki, ABŞ Senatı bir müddət öncə kürdlərə “Stinger” sistemlərinin göndərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Ancaq yardımın qüvvəyə minməsi üçün Prezident Barak Obamanın təsdiqi lazım idi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…