Abşeron rayonunun və Sumqayıt şəhərinin internetlə təchizatında yaranmış problem aradan qaldırılıb.

Sosialxəbər.az-ın məlumatına görə, hazırda hər iki bölgəyə normal internet verilir.

Xatırladaq ki, internetin kəsilməsinə səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsi olub. 18 saatlıq axtarışdan sonra kabelin zədələndiyi yer bu gün saat 10:00-da müəyyən edilib.

Məlum olub ki, zədələnmə kabelin altından keçdiyi avtomobil yolunda qazıntı işləri aparılarkən baş verib. Bununla belə, havanın yağışlı, ərazinin palçıq olması təmir-bərpa işlərinin müddətini bir neçə saat uzadıb.

Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.

“Report”un əldə etdiyi məlumata görə, buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.

Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.

Sosialxəbər.az “Report”- a istinadən məsələ ilə bağlı “Delta Telecom”la əlaqə saxlayıb, şirkətdən bu barədə onlarda məlumat olmadığı bildirilib