Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, Pirəkəşkül qəsəbəsində 2 qonşu arasında mübahisə yaranıb.

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı 1989-cu il təvəllüdlü Əliyev Ruslan Əli oğluna qonşusu tərəfindən bıçaqla xəsarət yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib.

Kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan R.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.