Əsas Səhifə Dünya Afina İrəvanla buna görə birləşib

Afina İrəvanla buna görə birləşib

3 dəqiqə oxundu
0
0
845

Prezident İlham Əliyevin yunan səfirlə görüşü zamanı açıqlaması və Türkiyənin bu bəyanatı dəstəkləməsi ermənilərə və yunanlara verilən ən gözəl cavabdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Politika İnstitutunun araşdırmaçısı Əhməd Qaya Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Yunanıstan bu gün Türkiyəni Aralıq dənizindən və Egeydən uzaqlaşdırmaq üçün Ermənistan kartından istifadə etmək istəyir:

“Rəsmi Afina məhz bu səbəbdən Ermənistana dəstək nümayiş etdirir. Cənab Əliyevin açıqlamasını yalnız bu kontekstdə qiymətləndirmək lazımdır.

Azərbaycan və Türkiyə arasındakı qardaşlığın ortaq dil, din, mədəniyyət, etnik mənsubiyyət və tarixi özündə birləşdirməsi və mütəmadi olaraq hər iki tərəfin bunu ən yüksək səviyyədə dilə gətirməsi düşmənlərinin birləşməsinə gətirib çıxarır. Mövcud siyasi vəziyyət Birinci Dünya müharibəsindən əvvəlki duruma bənzəyir. Türkiyənin zəifləməsini və Azərbaycana nəzarəti ələ keçirməyi istəyənlər var.

Afina Azərbaycanın probleminin Türkiyənin də problemi olduğunu bildiyi üçün Ermənistan məsələsindən istifadə edir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…