Əsas Səhifə Dünya Afina Türkiyəyə qarşı silahlanır

Afina Türkiyəyə qarşı silahlanır

3 dəqiqə oxundu
0
0
972

Yunanıstanın Türkiyəyə qarşı hərbi xərclərini artırması həm bu ölkəni, həm də Avropa İttifaqını ciddi bir iqtisadi böhran qarşısında qoya bilər.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Yunanıstanın Türkiyəyə qarşı silahlı qüvvələrini gücləndirmək üçün hərbi xərclərini artırması haqda səsləndirilən fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, Yunanıstan və Türkiyə faktiki olaraq müharibə ərəfəsindədir:

“Lakin bu iki ölkənin lokal bir müharibə etməsi heç də real deyil. Çünki ehtimal bir müharibənin həm Avropa, həm də dünya iqtisadiyyatına ciddi təsirləri olacaq. Digər tərəfdən iki NATO ölkəsinin müharibə etməsinə ABŞ izn verməyəcək.

Rəsmi Afina təəssüf ki, yenə özünü şıltaq uşaq kimi aparır. Ümumiyyətlə, mövcud yunan-türk gərginliyi fonunda Afinanın davranışlarına başqa bir ad vermək olmaz. Düzdür, Yunanıstan heç də zəif bir ölkə deyil, lakin Türkiyə ilə müharibə etmək üçün nə güclü ordusu, nə də güclü iqtisadiyyatı var.

Yunanıstan Maliyyə naziri Kristos Staikouras “silahlı qüvvələri gücləndimək üçün daha çox maliyyə ayırmağa hazırıq” deyə bir bəyanat verib. Halbuki Yunanıstan 2009-cu ildən bəri xarici borclardan dolayı müdafiə xərclərini müvəqqəti dondurub. Bu ölkə Avropa Birliyindən aldığı borcları yenə borc alaraq ödəyir.

Düşünürəm ki, Yunanıstan bu və digər məsuliyyətsiz addımları ilə sadəcə gərginliyi artırır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…