Əsas Səhifə Sağlamlıq Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapdı

Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapdı

2 dəqiqə oxundu
0
0
51

ABŞ və Koreya alimləri belə nəticəyə gəliblər ki, dəniz yosunlarının tərkibinə daxil olan Heparin yeni koronavirusun yaylmasının qarşısını alır.

Sosialxəbər.az  Report-a istinadən xəbər verir ki, Heparin ABŞ-da tətbiq edilən remdesivir – COVID-19-un əsas preparatından da güclüdür. Alimlərin nəşrdə dərc edilən tədqiqatlarının nəticələrində bildirilir ki, mütəxəssislər artıq Denge, Zika və A qripi viruslarını neytrallaşdırmağa çalışan yeni üsulu koronavirus üzərində də sınamağa qərar veriblər.

Məlum olub ki, yosunlarda olan Heparin virusla mübarizə aparmaqda ən yaxşı üsuldur.

Alimlər güman edirlər ki, yosunlardan hazırlanan maddələr burun spreyi antivirusun yaradılması üçün əsas ola bilər. Bu, erkən mərhələlərdə xəstəliyi müalicə etməyə və ya hətta yoluxmanın qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarlnda Çinin Uhan şəhərində yayılıb. Hazırda dünyada COVID-19-a yoluxanların sayı 15,9 milyona çatır. Pandemiya ərzində koronavirusdan 642 mindən çox insan ölüb.

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasi…