Almaniya Konstitusiyasının Müdafiəsi Təşkilatı radikal sağçıların ölkədə vətəndaş müharibəsinə hazırlaşdıqlarını açıqlayıb.

Sosisalxəbər.az xəbər verir ki, bu barədə “Velt am Sottanq” qəzeti məlumat yayıb.

Məlumatda vurğulanıb ki, sözügedən qurumun hesabatında radikal sağçıların ölkədə terror aktları təşkil edə biləcəyi də qeyd edilib.

Həmçinin son vaxtlar sağçıların aktivləşdiyi və kiçik qruplar halında üzə çıxdığı bildirilib.