Amaliya Pənahova ilə vida mərasimi başladı
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişən xalq artisti Amaliya Pənahova ilə bu dəqiqələrdə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilr.

Sosialxəbər.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və tanınmış mədəniyyət xadimləri iştirak edir.

Qeyd edək ki, xalq artisti dünən 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Aktrisa vəsiyyətinə əsasən, həyat yoldaşının yanında, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.