Əsas Səhifə Hadisə AMEA-da əlbəyaxa dava: polis işə qarışdı

AMEA-da əlbəyaxa dava: polis işə qarışdı

14 dəqiqə oxundu
0
0
35

Dünən günorta saatlarında AMEA Fəlsəfə İnstitutunun Siyasi Nəzəriyyələr şöbəsinin elmi işçisi Ruşan Ruşanzadə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. R.Ruşanzadə institutun bir əməkdaşı ilə aralarında yaranmış münaqişəyə görə polisə aparılıb.

Bu hadisədən az sonra institut əməkdaşının saxlanılması ilə bağlı ilginc təfərrüat ortaya çıxıb. İnstitutun siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Moderator.az-a verdiyi açıqlamada R.Ruşanzadə ilə siyasi nəzəriyyələr şöbəsinin elmi işçisi Şahin Bağırov arasında əlbəyaxa dava baş verdiyini deyib:

“Yasamal rayon RP-nin 28-ci polis bölməsinin tədqiqatçı polis kapitanı Kamil Rəhmənovun icraatında olan HK-1 -1276 -1277 saylı cinayət işinin materiallarında mən, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov, AMEA Fəlsəfə İnstitutunun direktor müavini Qabil Camalov, elmi işçilər Həbib Hüseynov, Xədicə Müzafərli, Folklor İnstitutunun elmi işçiləri Səbrulla Camalov, Sveta İsmayilova, filalogiya elmlər doktoru Yusif Əliyev CPM-nin və Azərbaycan Respublikasının Konstitusiyası 57-ci maddəsinin tələblərinə əsasən zərərçəkən qismində tanınmışıq.

Təqsirləndirilən şəxslər – Ruşan Ruşanzadə və Mikayıl Əkbərov dəfələrlə İnstitutumuzda xuliqanlıq əməlləri törətmiş, əməkdaşlara müxtəlif vaxtlarda müxtəlif bədən xəsarətləri yetirmiş, dövlət əleyinə yazılması mümkün olmayan küçə söyüşləri ilə təhqir etmiş, xuliqanlıq və A.R. CM-ninn 128, 221.2.1.; 182.2.2. və 182.3.2. maddələri ilə təkrar-təkrar bu cinayətləri törədiblər.

Odur ki, bu gün hüquq mühafizə orqanlarının əməkdaşları sabiq əməkdaş Ruşan Ruşanzadəni, Mikayıl Əkbərovu və Əbülhəsən Abbasovu 28-ci Polis Bölməsinə aparıblar. Onların hərəkətlərinə və əməllərinə obyektiv hüquqi və qanuni qiymət verilməsi üçün aidiyyəti orqanlar və məhkəmə qarşısında vəsatət qaldırılıb”.

Adıçəkilən şəxslər isə bu ittihamları rədd edib. AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, professor Əbülhəsən Abbasov isə sayta açıqlamasında baş vermiş olayla bağlı bəzi məqamlara toxunub:

“Şöbə müdiri Xaliq Əhmədzadənin qurğusu ilə 28-ci polis bölməsinə gəlmişik. X.Əhmədzadə direktora təzyiq göstərib və sonuncu da qeyri-qanuni, heç bir əsası olmayan əmr verərək Ruşan Ruşanzadəni işdən azad edib. Əmrə baxdım və hüquqşünas yoldaşlarla da məsləhətləşdik. Aydın oldu ki, bu əmr qeyri-qanunidir. Xaliqin düzüb-qoşması ilə siyasi nəzəriyyələr şöbəsinin elmi işçisi Şahin Bağırov Ruşan Ruşanzadəni vurub və Ruşan da özünü müdafiə edərək onu qolunu tutub. Daha sonra bunlar düzüb qoşublar ki, guya Ruşan dövlət əleyhinə danışıb və Şahin buna görə Ruşana irad tutub, Ruşan da buna görə Şahini döyüb.

Bundan sonra Xaliq Əhmədzadənin başçılığı ilə direktor qeyri-qanuni əmr verərək Ruşanı işdən azad edib. Bu əmr institutun blankında verilib, həm də nömrəsi yoxdur, halbuki əmr institutun blankında olmur, kadrlar şöbəsində yazılır, nömrəsi olur. Biz yoldaşlarla məsləhətləşdik, Ruşan Ruşanzadəyə məsləhət verdik ki, bu heç bir əsası olmayan kağız parçasıdır və sən buna görə işdən qalma. O da işə gəlib, bunu görən Xaliq Əhmədzadə onların şöbə müdiri Afaq xanımı zəng edərək onu təhqir edib. Bildirib ki, sən Ruşanı niyə işə buraxmısan.

Bundan sonra məni çağırdılar ki, şöbəyə gəlin, Afaq xanımın vəziyyəti pisdir. Həmin vaxt dedilər ki, bir nəfər gəlib Ruşanı axtarır. Afaq xanımın otağına keçəndə bir nəfər mülki geyimli gördüm. Kim olduğunu soruşdum, amma cavab vermədi, dedi ki, sizə dəxli yoxdur. Daha sonra o, Ruşanı bəhanəylə 9-cu mərtəbəyə apardı. Bir də onda gördüm ki, artıq dəhlizdə hay-küydür, hamı çölə çıxıb, adını sonradan öyrəndiyim Telman adlı bu şəxs Ruşanın qoluna qandal vurub aparır.

Bundan sonra mən 9-cu mərətbəyə qalxıb AMEA vitse-prezidenti İsa Həbibbəyliyə zəng vurdum, vəziyyət barədə ona məlumat verdim. İsa müəllim də dedi ki, rəhbərliyin xəbəri olmadan belə bir əməlin törədilməsi özbaşınalıqdır. Əlavə etdi ki, vəziyyətlə maraqlanacaq. Heç beş dəqiqə keçmədi İsa müəllim dedi ki, Ruşanı Yasamal Polis İdarəsinə yox, mühafizə polisinə aparıblar, bir saata gəlməlidir və gələndə mənə dərhal məlumat verin. Bir saat keçmişdi ki, Ruşan mənə zəng vurdu, dedi ki, gəlirəm. 10-15 dəqiqə gözlədim, ancaq Ruşan gəlib çıxmadı, həmin məqamda Ruşanı aparan mülki geyimli şəxs yanında 3-4 nəfər polis geyimində olan şəxslə gəldilər ki, bəs Əbülhəsən müəllim, siz Mikayıl Əkbərovla bərabər bizimlə getməlisiz.

Dedim ki, xeyir ola, biz niyə getməliyik, bildirdilər ki, araşdırma lazımdı. Mən də dedim ki, İsa müəllimə məlumat verməliydim və elə onların yanında İsa müəllimə zəng elədim. İsa müəllim də avtomatik olaraq İsfəndiyar (Yasamal Polis İdarəsinin rəisi-red.) müəllimlə əlaqə yaratdı, məndən gələn adamların adlarını soruşdular. Mən də soruşub İsa müəllimə məlumat verdim. Daha sonra Mikayılla birlikdə gəldim polis şöbəsinə.

28-ci Polis Bölməsinin rəisi Hüseyn müəllimə baş verənləri əvvəldən sonadək danışdıq. Rəis də sağ olsun ki, fikirlərimi anlayışla qarşıladı.

Ruşanın işdən azad olunması haqqında əmr ayın 8-də verilib. Xaliq 3-4 gün müddətində İlham Məmmədzadəyə basqı göstərib, təhdid edib. Axırda da İlham müəllim ezamiyyətə getdiyi ərəfədə bu əmri imzalayıb. Ayın 9-u günorta işdən azad olunması barədə Ruşana məlumat veriblər. Əmr də əvvəldə dediyim kimi qeyri-qanunidir. Xaliq daha sonra özü düzüb-qoşub ki, güya Ruşanla bağlı dələduzluq və xəsarət yetirməylə bağlı iş açılıb və işdən ona görə azad olunub.

Haqqında istintaq, məhkəmə hökmü olmamış saxta əsasla insan haqqında qərar verirlər. Biz rəislə danışmışıq, qeyri-qanuni hərəkətlərinə görə Xaliqin cəzalandırılmasını tələb edəcəyik”.

İnstitutun kadrlar şöbəsindən Axar.az-a verilən açıqlamada Ruşan Ruşanzadənin dekabrın 8-də işdən çıxarıldığı təsdiqlənib. İlham Məmmədzadə ezamiyyətdə olduğu üçün məsələyə münasibətini öyrənə bilmədik.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…