Əsas Səhifə Dünya Ankaranın sürpriz gedişi: Bu ölkədə baza yaradır

Ankaranın sürpriz gedişi: Bu ölkədə baza yaradır

3 dəqiqə oxundu
0
0
370

Oman Ankaranın Yaxın Şərq siyasətində etibarlı tərəfdaşı ola bilər.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyənin Omanda hərbi baza yaradacağı ilə bağlı iddiaları şərh edərkən deyib.

O bildirib ki, Türkiyə Omanda hərbi baza yarada bilər, çünki bu ölkə Ankaraya qarşı fərqli münasibəti ilə seçilir:
“Qətər krizi vaxtı Oman digər ərəb ölkələrinin əksinə olaraq Türkiyə ilə birlikdə Qətərə dəstək verdi. Ümumiyyətlə, Oman olduqca strateji bir mövqeyə sahibdir. Xüsusilə İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Yəmən kimi ölkələrlə həmsərhəd olması Omanı strateji ölkə halına gətirir. Omanın İranla da münasibətləri olduqca mülayimdir”.
Ekspertin sözlərinə görə, Türkiyə Qətərin ardınca indi də Omanda hərbi baza yaratsa, faktiki olaraq BƏƏ-ni mühasirəyə almış olacaq:

“Türkiyənin Qətərdən sonra Omanda da hərbi baza yaratması bu iki ölkə arasında qalan və regionda rəsmi Ankaranın ayağına dolaşan BƏƏ-yə ciddi təzyiq imkanı yaradacaq. BƏƏ Türkiyənin Omanda hərbi baza yaratmasından sonra rəsmi Ankara əleyhinə xarici siyasətdə əvvəlki kimi aktiv ola bilməyəcək”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…