“Apple” şirkəti 7-ci nəsil “iPad” planşetlərini təqdim edib.

Sosialxəbər.az xəbər verir ki, “iPad” 10,2 düym ölçüsündə “Retiran” ekranı ilə təchiz edilib.

Şirkət nümayəndəsinin dediyinə görə, “A10 Fusion” prosesorunun köməyi ilə yeni “iPad” əvvəlki modellərdən 2 dəfə cəld işləyəcək.

Yeni “iPad” həmçinin barmaq izini də tanıyacaq.

Yeni “iPad”ları sentyabrın 30-dan açıq satışda əldə etmək olar. Planşetlərin ilkin qiyməti 329 dollar (560 manat) olacaq.